​İran Əfqanıstana nota verdi

​İran Əfqanıstana nota
15:00 12.04.2022
194 Dünya
A- A+

İran Əfqanıstana nota verib.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Etiraz notasında İranın Kabildəki səfirlik binasına və Heratdakı Baş konsulluğuna hücumlar kəskin pislənilib.

Qeyd edək ki son günlər bəzi KİV-də İranda Əfqanıstanın mühacirlərə pis davranıldığı iddia olunub. Bunun ardınca Əfqanıstanda insanlar etiraz aksiyası keçirib. İran səfirliyi və konsulluqlarına hücumlar olub.