​"Havanın keyfiyyət göstəriciləri norma daxilində olub" - Nazirlik

​
16:00 12.04.2022
188 Ölkə
A- A+

Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən yaxın günlərdə ölkə ərazisində transsərhəd çirklənmə gözlənilmir: "Lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır. Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.

G.Abbasovanın sözlərinə görə, 14 aprel tarixində şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağı gözlənilir.