Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xəzər rayonunda təşkil olunacaq.
SÜLH.İNFO.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, II Dünya Müharibəsi Veteranları Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” aprelin 14-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək