​Rusiya millisi ilə bağlı müraciət rədd EDİLDİ

​Rusiya millisi ilə bağlı müraciət rədd
20:40 12.04.2022
164 İdman
A- A+

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib.

SÜLH.İNFO.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, RFS-in 2022-ci il dünya çempionatının pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti rədd edilib.

Bildirilib ki, Polşa, İsveç və Çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan ediblər: "Bu matçların keçirilməsinə icazə verilsə, rəqiblər meydana çıxmayacaq və texniki məğlubiyyət alacaqlar. Belədə isə FİFA yarışlarının bütövlüyü ciddi şəkildə pozulacaq".

Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.