Azərbaycanda nikahın pozulmasına dair iddia tələbi üzrə maraqlı məhkəmə prosesi baş tutub.
Bu barədə vəkil Vamiq Şükürov bildirib.
"Məhkəmə prosesində boşanma iddiasına baxılırdı. Ər iddia edirdi ki, arvadı bütün gün vaxtını “TikTok” sosial şəbəkəsində keçirir. Orada çoxlu izləyicisi var, buna görə ailəsinə və uşaqlara baxmır. Qadın da bunu təsdiq etdi. Lakin bildirdi ki, bütün günü “TikTok"da olsa da, ailəsinə baxır. Hakim uşaqları sorğu-sual etdi, fakt öz təsdiqini tapdı. Hakim bundan sonra boşanma barədə qərar qəbul etdi", - deyə vəkil qeyd edib.