​Bu il Son zəng keçiriləcək?

​Bu il Son zəng
13:20 13.04.2022
183 Toplum
A- A+

"Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var. Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir".

SÜLH.İNFO.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bu il məktəblərdə Son zəng tədbirləri keçiriləcəkmi sualına cavabında deyib.

"Müşahidə olunan şərait davam etsə, təbii ki, Son zəng tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir", - deyə nazir bildirib.