​Xəzər rayonunda obyektlərin monitirinqinə başlanıldı - FOTOLAR

​Xəzər rayonunda obyektlərin monitirinqinə başlanıldı -
14:00 13.04.2022
204 Ölkə
A- A+

Azərbaycan Respublikasının Baş nazirinin  “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər” haqqında Sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyeklərində maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qruplar yaradılıb. 

SÜLH.İNFO.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin, qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, sahə müvəkillərinin, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayon Texniki İstismar Xidmətinin, 4 saylı Ərazi Yanğına Nəzarət İdarəsinin və  Mənzil İstimar Sahələrinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyeklərində maarifləndirici monitorinqlərin aparılmasına başlanılıb. 

İlk növbədə işçi qruplar tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilmiş, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılmış, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb. 

Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mütəmadi olaraq monitorinqlərin keçirilməsi nəzərdə tutulub.