​Türkiyə üzən minalara qarşı hazırlıq səviyyəsini yüksəldib

​Türkiyə üzən minalara qarşı hazırlıq səviyyəsini
17:40 13.04.2022
199 Dünya
A- A+

Türkiyə Qara dənizdə üzən minalar təhlükəsi ilə əlaqədar istehkam bölmələri və digər xidmətlərin hazırlıq səviyyəsini yüksəldib.

SÜLH.İNFO.az-ın məlumatına görə, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Bizim minaaxtaran gəmilərimiz, helikopter, pilotsuz uçuş aparatları və sualtı istehkamçılarımız yüksək hazırlıq rejiminə gətirilib. Biz vəziyyəti diqqətlə izləyirik. Həyəcan siqnalı daxil olduqda qüvvələrimiz dərhal müdaxilə edir", - deyə nazir bildirib.

H.Akar əlavə edib ki, bu günədək Qara dənizdə aşkar olunmuş minalar Bosfor dənizində gəmilərin hərəkətinə çətinlik yaratmayıb.

Qeyd edək ki, son həftələrdə həm Türkiyə, həm də Rumıniya və Bolqarıstan sahillərində üzən dəniz minaları aşkar edilərək zərərsizləşdirilib.