​DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib

​DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən
23:40 13.04.2022
165 Toplum
A- A+

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan SÜLH.İNFO.az-a daxil olan məlumatda deyilir:

"Daxil olan məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".