​Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

​Məktəbəhazırlıq qrupları
14:20 14.04.2022
377 Toplum
A- A+

“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.

SÜLH.İNFO.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.

V.Yaqublu bildirib ki, məktəblərdə çalışan müəllimlərin bağçada işləməsi üçün məhz bu sahədə təhsil almalıdırlar.