"Azəristiliktəhcizat" ASC bu ili "Azəriqaz"a 41 milyon manat debitor borcla başa vurdu.
SÜLH.İNFO.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Birlik rəsmisi qeyd edib ki, hər il "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu yaranır: "Bu məsələ hər dəfə ictimailəşir.
Satılmış qazın pulu ödənilməlidir ki, Azəriqaz" topdansatışa olan borcunu ödəsin. Bu il də müəyyən məbləğdə borc yarandı. Məsələ baş nazir səviyyəsində müzakirə olundu, dövlət tərəfindən "Azəristilktəchizat"a müəyyən həcimdə dotasiya ayırdı. Qurum "Azəriqaz"a olan borcunun bir hissəsini bu dotasiya hesabına ödədi.
Qış mövsümünün başa çatmasına baxmayaraq, "Azəristiliktəchizat" ili yenə də 41 milyon manat debitor borcla başa vurdu. Qurum bu borcun müəyyən hissəsini qəbul etmir. Ümid edirik ki, bu borcu nə vaxtsa ala biləcəyik".