​Boksçumuz Avropa birinciliyinin 1/4 finalında

​Boksçumuz Avropa birinciliyinin
19:20 15.04.2022
155 İdman
A- A+

Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

SÜLH.İNFO.az  xəbər verir ki, 48 kq çəki dərəcəsində gücünü yoxlayan yığma üzvü yarışa 1/8 final mərhələsindən qoşulub.
O, debüt görüşündə Telet Yağlı (Türkiyə) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb - 4:0 (30:26, 29:27, 29:27, 28:28, 29:27).

Boksçu aprelin 19-da 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə milli üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.