​Xəstəxanalara 69 yeni həkim təyin olunub

​Xəstəxanalara 69 yeni həkim
20:20 15.04.2022
169 Toplum
A- A+

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Səhiyyə Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, nazirlikdə bu ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim etmiş və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər.