İsrail "Iron Beam" lazer raketdən müdafiə sisteminin sınaqlarını başa çatdırıb.

"Unikal" xəbər verir ki, İsrailin baş naziri Naftali Benet kompleksin fəaliyyətini nümayiş etdirən video yayımlayıb. Görüntülərdə kiçik bir dronun lazer şüası ilə vurulduğu əks olunub. O, bir atışın qiymətinin 3,5 dollar olacağını vurğulayıb.

Sınaqlar Rafael İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Müdirliyi ilə birlikdə keçirilib. 

"Iron Beam" sistemi ilk dəfə 2014-cü ildə Sinqapurda keçirilən sərgidə təqdim edilib. Lazer sisteminin məsafəsi yeddi kilometrdir.