​Zelenski Rusiyayla bağlı Baydendən xahiş ETDİ

​Zelenski Rusiyayla bağlı Baydendən xahiş
11:00 16.04.2022
174 Dünya
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydendən Rusiyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil edilməsini istəyib.

SÜLH.İNFO.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Washington Post“ mənbə məlumat verib.

Bildirilir ki, Zelenski bu barədə həftənin əvvəlində Amerika lideri ilə telefon söhbəti zamanı bildirib.
Qəzetin məlumatına görə, Bayden, Zelenskinin bu müraciətinə müsbət reaksiya verməyib. Lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün işlərin davam etdiyini bildirib.
Terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir. Vaşinqtonun fikrincə, bu siyahıya beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.