Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 222 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 652 929, ölənlərin sayı isə 16 789 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 1 633 684 nəfərin sağaldığı bildirilib.