​DYP rəisinin qəza törətməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

​DYP rəisinin qəza törətməsi ilə bağlı
12:40 16.04.2022
283 Hadisə
A- A+

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:

"Bu, böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Hadisə barədə müvafiq araşdırmalar davam edir".

DİN rəsmisi əlavə edib ki, qarşı tərəfin avtomobili idarə etmək üçün sürücülük hüququ və müvafiq etibarnaməsi olmayıb.