​Hindistanda güclü yağışlar 14 nəfərin ölümünə səbəb oldu

​Hindistanda güclü yağışlar 14 nəfərin ölümünə
09:40 18.04.2022
191 Dünya
A- A+

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri yerli KİV-ə məlumat verib.

Assamda pis hava üçüncü gündür ki, davam edir. Təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik dirəkləri aşıb. Ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Evsiz qalan sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir. Meteoroloqlar növbəti beş gündə də güclü leysan və tufan proqnozlaşdırılır.