Sumqayıtda qadın anasını bıçaqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Əliyeva anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Zemfira Əliyevanın həyatını xilas etmək mümkün olub.
Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.