Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir.
SÜLH.İNFO.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanuna təklif edilən son dəyişiklikləri şərh edərkən bildirib.
O qeyd edib ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxsərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq.