​Sağlamlıq imkanları məhdud şəxslərin təhsilində YENİLİK

​Sağlamlıq imkanları məhdud şəxslərin təhsilində
18:40 18.04.2022
225 Toplum
A- A+

Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilir.

Belə ki, qanun layihəsi təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.