Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska taxmaq tələbinin uzadılmasının qanunsuz olduğuna qərar verərək onu ləğv edib.
SÜLH.İNFO.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Qeyd edək ki, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlər (CDC) qoruyucu maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.
Bu qərar hakimiyyət orqanların ölkədə koronavirusun yayılma dinamikasını birmənalı şəkildə bilmək üçün daha çox vaxta ehtiyacı olduğu ilə izah olunub.