Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən SÜLH.İNFO.az-a verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər maddələrvəpsixotrop tərkibli 780 ədəd “metadon-40” dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.