Ukraynada üç rusiyalı şahmatçı və FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidentinə qarşı müharibəyə çağırış və Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı ilə cinayət işi açılıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ali Rada Ukrayna İdman Komitəsinə istinadən məlumat yayıb.
“Rusiya vətəndaşları Anatoli Karpov, Sergey Karyakin, Sergey Şipov və Arkadi Dvorkoviç (FİDE prezidenti) tərəfindən müharibəyə və Ukraynanın ərazi bütövlüyünə təcavüzə, cinayət əməlinin törədilməsinə çağırışların yayılması faktlarına görə, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.