​Qalkin İsrail polisi tərəfindən DİNDİRİLƏCƏK

​Qalkin İsrail polisi tərəfindən
19:20 19.04.2022
A- A+

Məşhur rus parodiya ustası, teleaparıcı və aktyor Maksim Qalkin İsrail polisinə dindirilməyə çağırılıb. Müstəntiqlər Qalkinin yaxın dostunun yerli çimərliklərdən birində ölümünün səbəblərini müəyyənləşdirirlər.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə “StarHit” nəşri məlumat yayıb.
Nəşr yazır ki, sənətçi dostu ilə birlikdə çimərlikdə dincəlirmiş, daha sonra isə kişi dənizdə ölüb. Ölən adamı görən sonuncu şəxs Qalkin olub. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra Qalkinin ailəsi İsrailə gedib. Onlar Hayfa şəhərində məskunlaşaraq vətəndaşlıq üçün müraciət ediblər.