Ukrayna Prezidenti Volodimir Zelenskinin könüllü çağırışına ABŞ-ın məşhur televiziya xadimi Malkolm Nens də qoşulub.
“Qafqazinfo” “Haber Global” a istinadən xəbər verir ki, o, Ukraynanın ordu sıralarında müharibəyə qatılıb və “Mən danışmaqdan yoruldum, buraya qədərmiş” deyə açıqlama verib.
Bildirilib ki, bir aydır ekranlarda görünməyən MSNBC kanalının siyasət və terror eksperti Malkolm Nens Ukraynaya gedib və Kiyev administrasiyasındakı əcnəbilər birliyinə qoşulub.
Hərbi forması ilə verdiyi pozanı sosial media hesabında paylaşan Nens Ukrayna quru qoşunlarında xidmətə başladığını açıqlayıb.