Bakıda kommunal tipli yaşayış binasında yanğın olub.
SÜLH.İNFO.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 20 m² sahədə, binanın dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 6 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.