"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyyə edilib.
SÜLH.İNFO.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb:
"Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qaldırıldıqdan sonra həmin qatar da işini davam etdirəcək".