Salyanda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının şəhər “MTS” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ramil Əhməd oğlu idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçmək istəyən Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Azad Habil oğlunu vurub. Hadisə zamanı sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.