NATO Mariupoldakı təxliyyə əməliyyatına cəlb oluna bilər.
SÜLH.İNFO.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland çərşənbə günü CNN-ə bildirib ki, NATO ölkələri Mariupoldan insanların evakuasiyasına cəlb oluna bilər.
Onun sözlərinə görə, Rusiyanın mülki əhalinin və yaralı hərbçilərin çıxarılmasına icazə verməsilə bağlı müəyyən ümidlər var. Bu baş verərsə, NATO müttəfiqləri də işə cəlb olunacaq.
Eyni zamanda, Nuland ABŞ-ın belə bir əməliyyatda iştirak etməyə hazır olub-olmadığını dəqiqləşdirməyib.