​Rusiya ukraynalı 31 məşhura 50 illik qadağa QOYDU

​Rusiya ukraynalı 31 məşhura 50 illik qadağa
10:00 21.04.2022
194 Dünya
A- A+

Rusiya hökuməti Ukraynadan olan 31 məşhurun ölkəyə girişinə qadağa qoyub.

SÜLH.İNFO.az rus mətbuatına istinadən xəbər verir ki, 50 il müddətinə tətbiq olunan qadağa ukraynalı aktyorlara, müğənnilərə və jurnalistlərə şamil olunub.

Siyahıya aparıcılar Anton Ptuşkin, Andrey Yazıqov, Nikolay Serqa, Dmitriy Komarov, müğənnilər Svetlana Loboda, Andrey Danilko, İvan Dorn, Svyatoslav Vakarçuk ("Ocean Elzi"), Dmitri Monatik, Potap (Alexey Potapenko) və Nastya Kamenskix, Maks Barski, aktrisa Mila Savitskaya və başqaları daxildir.

Ehtimala görə, buna səbəb sözügedən şəxslərin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı sərt tənqid etməsi olub.