İsrail ordusu Livandan ölkənin şimalına raket atıldığını açıqlayıb.
SÜLH.İNFO.az xəbər verri ki, Livandakı Hizbullah təşkilatına yaxınlığı ilə tanınan əl-Əhbar qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb.
İsrailin verdiyi açıqlamada "Livan ərazisindən ölkəmizin şimalına yeni raket atılıb. Raket açıq əraziyə düşüb", - deyə qeyd olunub.
Açıqlamada, atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı bildirilib.