Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə aprelin 23-də saat 7 radələrində rayonun Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.