​Ukraynada beş dəmiryol stansiyası atəşə tutulub

​Ukraynada beş dəmiryol stansiyası
13:20 25.04.2022
371 Dünya
A- A+

Səhər saatlarından etibarən Ukraynanın mərkəzi və qərbində beş dəmir yolu stansiyası atəşə tutulub, azı 16 sərnişin qatarı gecikib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” idarə heyətinin sədri Aleksandr Kamışin məlumat verib.

“Rusiya qoşunları dəmir yolu infrastrukturunu sistemli şəkildə məhv etməyə davam edir. Bu gün səhər saatlarında Ukraynanın mərkəzi və qərbində 5 dəmir yolu stansiyası atəşə tutulub”, - deyə məlumatda bildirilir.

Bundan əlavə “Zərərçəkənlər var, təfərrüatları öyrənirik. Mən məlumat verəcəyəm”, - Kamışin bildirib.