​Türkiyədə müalicə alan qazilərin sayı açıqlanıb

​Türkiyədə müalicə alan qazilərin sayı
14:40 25.04.2022
567 Toplum
A- A+

Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir.

SÜLH.İNFO.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

"Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".