ATMU-da “Creative Spark” proqramı çərçivəsində tələbə və məzunların maariflənməsi məqsədilə tədbir olub.
SÜLH.İNFO.az xəbər verir ki, “Creative Spark” müsabiqəsi üzrə ölkə çempionu, "Kreşendo" layihəsinin fərdi inkişaf mentoru, "Menstrual Dönəm" sosial maarifləndirmə layihəsinin rəhbəri Təravət Əsgərovanın “İdeyanı reallığa çevirmənin ilk addımları” adlı təqdimatında şəxsi biznesə başlamağın mərhələləri, mövcud layihə və çağırışlar , sosial biznesi inkişaf etdirməyin çətinlikləri, həmçinin gözlənilən imkanlar və sair məsələlərə münasibət bildirilib.
Qeyd etməliyik ki, "Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləyən əhəmiyyətli təşəbbüsdür.
“Creative Spark” proqramı çərçivəsində tələbə və məzunların iştirakını nəzərdə tutan “Big Idea Challenge” müsabiqəsinə ərizə qəbulu davam edir.