​Motosikilet sürücüsünü döyən məmur danışdı - MƏNİ İŞDƏN ÇIXARA BİLƏRLƏR, SƏHV ELƏMİŞƏM

​Motosikilet sürücüsünü döyən məmur danışdı -
00:33 26.04.2022
463 Toplum
A- A+

“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

 SULH.İNFO.az xəbər verir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.

O, "ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin sahibidir.

Sözügedən videonu (+18 ifadələr ola bilər) təqdim edirik: