​Salyanda QƏTL: Keçmiş kürəkənini öz evində öldürdü

​Salyanda QƏTL: Keçmiş kürəkənini
10:40 26.04.2022
148 Hadisə
A- A+

Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.

SÜLH.İNFO.az xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

M.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.