​Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ

​Azərbaycanda vəzifəli şəxs
14:40 26.04.2022
151 Toplum
A- A+

Azərbaycanda bələdiyyə sədrinin müavini cərimələnib.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.