​Putin BMT baş katibi ilə görüşüb

​Putin BMT baş katibi ilə
20:40 26.04.2022
127 Dünya
A- A+

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edib.

SÜLH.İNFO.az  xəbər verir ki, TASS Kremldə oval masa arxasında keçirilən görüşün görüntülərini yayıb.

Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.

Quterreş bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.