​FHN Bakıda avtomobilini dirəyə çırpan sürücünü xilas edib

​FHN Bakıda avtomobilini dirəyə çırpan sürücünü
21:40 26.04.2022
144 Hadisə
A- A+

Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo” markalı minik avtomobilinin yol kənarındakı dirəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

SÜLH.İNFO.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.