​Vətəndaş DİN-in qarşısında özünü YANDIRDI

​Vətəndaş DİN-in qarşısında özünü
23:40 26.04.2022
138 Hadisə
A- A+

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

SÜLH.İNFO.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Ətrafdakı şəxslərin köməkliyi ilə alov söndürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar: “Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.