​AMEA-nın iclası keçiriləcək - Alimlər toplaşır

​AMEA-nın iclası keçiriləcək -
11:20 27.04.2022
144 Toplum
A- A+

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

SÜLH.İNFO.az xəbər verir ki, yığıncağı AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri ilə yanaşı, bir sıra nazirliklərin və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı gözlənilir.

Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.