​"İstanbul boğazından döyüş gəmiləri keçməyib" - Hulusi Akar

​
16:00 27.04.2022
133 Dünya
A- A+

Qara dənizdə sülh və sabitliyin təmin olunması üçün müvafiq addımlar atılır.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O diqqətə çatdırıb ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Türkiyə Montrö konvensiyası çərçivəsində İstanbul boğazından hər hansı şəkildə döyüş gəmisinin keçməməsi barədə bütün tərəfləri məlumatlandırıb.

Nazir qeyd edib ki, indiyə qədər İstanbul boğazından hər hansı şəkildə döyüş gəmilərinin keçməsi qeydə alınmayıb.