​"Rusiyanın 22 400 hərbçisi zərərsizləşdirilib" - Ukrayna MN

​
16:20 27.04.2022
123 Dünya
A- A+

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

SÜLH.İNFO.az-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 22 400 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 939 ədəd tankı, 2 342 ədəd zirehli döyüş maşını, 421 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 71 hava hücumundan müdafiə sistemi, 185 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 666 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 207 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.