​“3-4 saatda Şuşaya 564 bilet satılıb”

​“3-4 saatda Şuşaya 564 bilet
17:20 27.04.2022
183 Qarabağ
A- A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlərin qısa müddətdə satılmasına münasibət bildirib.

SÜLH.İNFO.az-ın məlumatına görə, qurum bəyan edib ki. Şuşa və Ağdam şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər ötən gün satışa çıxarılıb.

Bu barədə qurumun internet səhifəsi, sosial media hesabları və mətbuat vasitəsilə ictimaiyyətə məlumat verilib.

Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet alınıb.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə isə 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında 1 222 vətəndaş Şuşaya səfər edə biləcək.