​Tbilisidə yaşayış binasında yanğın - ÖLƏNLƏR VAR

​Tbilisidə yaşayış binasında yanğın
18:40 27.04.2022
111 Hadisə
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

SÜLH.İNFO.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Hallar Xidməti yayıb.
Qurumun məlumatına görə, hadisə paytaxtın Vazisubani yaşayış məntəqəsində baş verib.
Qeyd olunub ki, yanğın baş verən əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsindən sonra mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbləri indiki mərhələdə məlum deyil.