​DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

​DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı
21:40 27.04.2022
105 Hadisə
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az-a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.