​PSJ 222 milyona aldığı Neymarı 90 milyona satacaq

​PSJ 222 milyona aldığı Neymarı 90 milyona
14:40 28.04.2022
133 İdman
A- A+

Fransanın PSJ klubu braziliyalı hücumçu Neymarı yayda 90 milyon avroya satmağa hazırdır.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Çempionlar Liqasının pley-off mərhələsində rəqabətədavamlı olmaq üçün yaxın vaxtlarda böyük dəyişikliklər etmək niyyətindədir.

Neymarın müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulsa da, onlar sözügedən müqaviləni bu yay ləğv etmək istəyirlər. 

Qeyd edək ki, PSJ onu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya alıb.