​Aylardır metroda yaşayan Ukraynalılar - FOTOLAR

​Aylardır metroda yaşayan Ukraynalılar -
16:20 28.04.2022
150 Dünya
A- A+

Fevralın 24-də Rusiyanın işğalı ilə başlayan Rusiya-Ukrayna müharibəsi bitməsə də, müharibədən ən çox zərər çəkən mülki əhali olub. 

SÜLH.İNFO.az xəbər verir ki, rus əsgərlərinin hücumlarından qorxan və çarəsizcə “bir neçə gün” metro stansiyalarına sığınan ukraynalılar 2 aydan çox yerin altında çətin şəraitdə yaşamağa davam edir.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “The Times” Xarkova gedərək metro stansiyalarında yaşamağa başlayan ukraynalılarla söhbət edib. Saltivka rayonunda metro stansiyasına enən "The Times" müxbiri 800 nəfərin daimi olaraq yeraltı yaşamağa başladığını öyrənib.